Modern.az

Sayt rəhbəri rüşvət aldığını ETİRAF ETDİ

Sayt rəhbəri rüşvət aldığını ETİRAF ETDİ

Media

10 Sentyabr 2021, 15:10

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

 

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır.

 

Vəkil bildirib ki, M.Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

 

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı