Modern.az

Jurnalisti 3 aylığa HƏBS ETDİLƏR

Jurnalisti 3 aylığa HƏBS ETDİLƏR

10 Sentyabr 2021, 15:41

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə Modern.az-a Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

 

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Vəkil apellyasiya şikayəti verəcəklərini deyib.
 

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir