Modern.az

YAP-dakı vəzifəsini itirənlər kimlərdir... 

YAP-dakı vəzifəsini itirənlər kimlərdir... 

Ölkə

10 Sentyabr 2021, 16:06

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhərinin rayonları üzrə sədrləri dəyişdirilib.

 

Modern.az-ın məlumatına görə, paytaxt üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub.

 

YAP-dakı vəzifələrindən azad olunanlar bunlardır: Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva.

 

Qeyd edək ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında yeni təyinatlarla bağlı qərar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi