Modern.az

“Qanlı yer adlarımız” - Türk ocağında  “Qanlı qaya parçası”

“Qanlı yer adlarımız” - Türk ocağında  “Qanlı qaya parçası”

Ədəbi̇yyat

10 Sentyabr 2021, 16:43

Əski tariximizin Oğuz-Qıpcaq və Səlcuq-Müsəlman milli etnobirliyinin pozulmaz coğrafi izlərini, ünvanını özündə yaşadan Qərbi Azərbaycanın cənub bölgəsində - Zəngəzur mahalında qarı düşmənlərimizə göz dağı, sinə xəncəri yaşadan ərənlərimizin-igidlərimizin ruhları şad olsun deyə, bu hadisə barədə belə deyilir. Yaşlıların (Cahangir Süleyman oğlu, 1865-1923) söylədiklərini 1960-1970-ci illərdə olduğu kimi danışanlar isə Qərbi Zəngəzurun Qafan nahiyəsinin Qaraçimən kənd sakinləri Nüsrət Fərrux oğlu Həsənov (1943) və Sərvər Bəhlul oğlu Hüseynovdur (1964).

 
- 1905-1906-cı və 1918-1920-ci illərdə hay kilsəsinin zəncirli qulduru Q.Nijdenin (bu quldur qəzanın Tatlı kəndində yuva qurmuşdu) başçılığı ilə silahlı hay-daşnak dəstələri Qərbi Azərbaycanda, o cümlədən Zəngəzur mahalında Türk-Müsəlman dinc əhalisinə qarşı soyqırımı-qətliam yaşadanda onlara qarşı yerli igidlər həm birlikdə, həm də ayrılıqda mübarizə aparmış, tökdükləri qanları sözün həqiqi mənasında özlərinə yalatdırmışlar. Belə el qəhrəmanlarından biri də Qaraçimən kəndindən İbad Hüseynqulu oğlu Hüseynov (1885-1938) olub.

  
1940-cı ildə bu kənd 30 evdən ibarət idi.

  
Nahiyənin Qafan şəhərindən gələn yol Qaraçımən kəndindən keçərək (1 km aralıda) qonşu Hərək, Ağayurd, Üçeniş, Şirkətas kəndlərinə uzanır. Bu yolun kənarında iri qaya parçası (hündürlüyü 4-5 m, eni 5 m) da 1918-ci ildə qanlı qırğınların səngərlərindən biri idi, İbad Hüseynqulu oğlu təklikdə bir neçə qulduru burda məhv edib, qanlarını bu qaya parşasına axıtmışdı, igidin əl izi də aydın görünürdü, bu səbəbdən ona “Qanlı qaya parçası” deyilirdi el arasında.

 
1920-1930-cu illərdə kəndin təsərrüfatında çalışan İ.Hüseynov qabaqcıl işçi kimi “Staxanovçu” (1935-1936-cı illərdə əmək məhsuldarlığını bir neçə dəfə artıranlar) adını qazanır, amma hay kilsəsinin hədəfindən də yayınmır. Dinsiz haylar 1938-ci ildə “sosialist-kolxoz təsərrüfatına qarşı təxribat törətdiyi üçün” uydurma bəhanə ilə onu həbs edib güllələyirlər...

  
Kəndin cənubunda, “Həsən xan yalı”nın altında olan “Qanlı qaya parçası” İ.Hüseynovun qardaşı İsa Hüseynqulu oğlunun (1902-1943), Şamxal İsa oğlunun (1934-2015) evindən 150-200 m arali idi.

  
Həmkəndlilər onu da xatırlayırlar ki, 1950-1960-ci illərdə kəndin sakinləri Qafan şəhərinə gedəndə haylar soruşardılar ki, İbad bizim kirvəmiz olub, ailəsi necədir, hardadır?

 
Amma yaşlılar (Bəhlul Fərman oğlu (1935-2011), Fərhad Babayev (1896-1976), Fatma Cahangir qızı (1915-1999), Əhmədli tayfasından Mehdiqulu (1890-1963)...) camaata tapşırmışdılar ki, bu barədə heç kim düşmənlərə məlumat verməsin və ümumiyyətlə, deməyin ki, biz Qaraçimən kəndindənik.

 
Təhlükəsizlik baxımından İ.Hüseynovun ailəsi (əslən Qubadlı rayonu, Çərəli kəndindən olan həyat yoldaşı Qiymət, qızları Zinyət, Bağdagül və Nabat) 1960-cı illərdə Bakı şəhərinə köçüb yaşamğa məcbur olmuşdu...

 
Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (0503726008)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır