Arxiv
10 Sentyabr 2021, 16:56 | MEDİA
Keçmiş deputat “Yeni Azərbaycan”a baş redaktor TƏYİN OLUNDU

Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində baş redaktor dəyişikliyi olub. 

Modern.az 
saytı xəbər verir ki, bu barədə YAP-ın İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

 

Qəzetin baş redaktoru Hikmət Babaoğlu tutduğu vəzifədən azad edilib. Onun yerinə Alqış Musayev (Həsənoğlu) gətirilib.

Xatırladaq ki, A.Musayev 1997–2008-ci illərdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Respublikası II çağırış Milli Məclisin (2000-2005) deputatı olub. Alqış Musayev parlamentdə 14 saylı Qaradağ seçki dairəsini təmsil edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv