Modern.az

Əfqanıstanın Bakıdakı Səfirliyinin Talibanla əlaqəsi varmı? - AÇIQLAMA

Əfqanıstanın Bakıdakı Səfirliyinin Talibanla əlaqəsi varmı? - AÇIQLAMA

10 Sentyabr 2021, 17:24

Əfqanıstanda “Taliban” hakimiyyətinin bərqərar olunması prosesi davam edir. Artıq Kabildə yeni hökumət formalaşıb, bəzi ölkələr “Taliban” hökumətini tanıyacağını bəyan edib, bəziləri isə qətiyyətlə bu rəhbərliyi tanımayacağını iddia edir.

 

Bəs Əfqanıstanın Azərbaycandakı Səfirliyinin hazırda “Taliban” hökuməti ilə hər hansı təması varmı?

 

Modern.az elə bu sualla Səfirliyə müraciət edib. Əfqanıstanın Bakıdakı diplomatik nümayəndəliyindən saytımıza aşağıdakı formada cavab ünvanlanıb:

 

“Kabildə hökumətin yeni tərkibinin üzvləri elan olunub. Yeni hökumətin inauqurasiyası sabaha gözlənilir. Səfirliklə mənsub olduğu ölkənin paytaxtı arasında təmaslar hər zaman olur. Səfirlik hökumətin bir hissəsidir. Ölkənin adı və ya idarəetmə sistemi dəyişə bilər, amma sərhədləri çərçivəsində ölkə ölkəlikdən çıxmır”.

 

Qeyd edək ki, bundan öncə Əfqanıstanın Azərbaycandakı səfirliyi səfir Amanullah Ceyhunun Bakıda olduğu və fəaliyyətinə davam etdiyini açıqlamışdı. Həmçinin, səfirlikdən bildirilmişdi ki, qurumun rəsmi saytı Kabildən idarə olunur və bloklanıb.

 

Xatırladaq ki, avqustun 15-də Taliban hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?