Modern.az

Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı planları var

Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı planları var

6 Noyabr 2012, 11:17


Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Hicri-qəməri təqvimi ilə yeni 1434-cü ilin başlanğıcı olan Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2012-ci il noyabrın 15-nə təsadüf etdir. Artıq Məhərrəm ayının başlanmasına 10 gündən az vaxt qalıb. Bəs görəsən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlanması ilə bağlı hansı tədbirlərin keçirilməsini planlaşdırır və ənənəvi fətvanı nə vaxt verəcək?

QMİ-nin şöbə müdiri Hacı Mirəziz Seyidzadə Modern.az-a açıqlamasında bildirib ki, hər olduğu kimi bu ildə idarənin Məhərrəm ayı ilə bağlı bir çox tədbirlər planı var. Yaxın günlərdə QMİ-i Məhərrəm ayı ilə bağlı fətvasını verəcək və hansı tədbirlərin keçirilməsini onda açıqlanacaq.

Qeyd edək ki, Məhərrəm ayı müqəddəs kitabımız Qurani-Kərimdə adı keçən 4 aydan biridir. Uca Rəbbimiz  buyurur: “Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri 12-dir”. Onların 4-ü – Rəcəb, Zülqədə, Zilhiccə, Məhərrəm haram aylardır. Ona görə də həmin aylarda özünüzə zülm etməyin” (“Tövbə” surəsi, 36-cı ayə).

Rəbbimizin buyruğuna uyğun olaraq və adından da göründüyü Məhərrəm ayı haram ay sayılır. Və bu ayda müharibə etmək də haram buyurulub. Məhərrəm hicri-qəməri təqviminin birinci ayıdır və ilin başlanğıcı hesab olunur. Hələ islamdan əvvəl də qədim ərəblər bu ayı yeni ilin başlanğıcı kimi qəbul edir, onu bərəkət, yaxşılıq, xeyir-bərəkət, əmin-amanlıq ayı hesab edirdilər. Qurani-Kərim nazil olduqdan sonra isə bu ayın yerinin Rəbbimiz tərəfindən də qəti müəyyənləşdiyi məlum olur.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi