Modern.az

Səyyad Aranın “Sandıqda qalan muştuluq”u

Səyyad Aranın “Sandıqda qalan muştuluq”u

6 Noyabr 2012, 11:23

Modern.az xəbər verir ki, tanınmış ictimai-siyasi xadim, yazıçı Səyyad Aranın “Sandıqda qalan muştuluq” adlı kitabı bu günlərdə “Qanun” nəşriyyatında çapdan çıxıb.

Səyyad Aranın bədii yaradıcılıqda debütü 1978-ci ildə “Ulduz” jurnalının 11№-sində olmuşdur. Sonralar əsərləri “Azərbaycan”, “Literaturnıq Azerbaydjan”, “Qrakan Aderbecan”, “Gənclik”, “Azərbaycan qadını”, “Pioner” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “525-ci qəzet”, “Yol”, “Dədə Qorqud” və s. qəzetlərdə dərc edilib.

İlk kitabı “Körpü” 1983-cü ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. “Soyuq günəş” (“Təbriz” nəşriyyatı, 1996) “Aklanma kağıdı” (“Təmizlik kağızı”, İstanbul, “Milenyum” nəşriyyatı, 2010) kitabları müəllifin bədii istedadını geniş oxucu kütlələrinə tanıtdırdı. Filologiya elmləri doktoru, professor Akif Hüseynov YB-nin illik konfransında (1985) “Körpü” hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdim etmişdi.

Yenicə çapdan çıxan kitabında da toplanmış hekayələr mövzu rəngarəngliyi, dilinin canlılığı, təsvirlərinin lakonikliyi ilə maraq doğurur.
Noyabrın 10-da saat 13.00-da Park bulvarda “Əli və Nino” kitab evində “Sandıqda qalan muştuluq” kitabının təqdimatı və imza günü mərasimi keçiriləcək.

Xatırladaq ki, S.Aran 2006-2010-cu illərdə  Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. O, hazırda Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi