Modern.az

Yol polisi “BMW” ilə yaşlı qadını vurub ÖLDÜRDÜ

Yol polisi “BMW” ilə yaşlı qadını vurub ÖLDÜRDÜ

10 Sentyabr 2021, 21:37

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

 

1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

 

Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI