Modern.az

Bakıya “anlaşılmaz” yaponlar gəlib

Bakıya “anlaşılmaz” yaponlar gəlib

6 Noyabr 2012, 13:02

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib. BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb.

Görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığından, yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Qonaq universitetdə yapon dilinin tədrisindən razı qaldığını bildirib. Görüşdə Yaponiyanın səfir Şusuke Vatanabe iştirak edib.  

 Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasinda və digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı professor universitet tələbələri qarşısında “Yenə də anlaşılmaz yaponlar? – Onlar Böyük Zəlzələ vaxtı və ondan sonra nə cür hərəkət edirlər?” mövzusunda mühazirə ilə çıxış edib.


Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...