Modern.az

Azay Quliyev Elmin İnkişafı Fondunun rəhbəri ilə görüşüb (foto)

Azay Quliyev Elmin İnkişafı Fondunun rəhbəri ilə görüşüb (foto)

Qarabağ

15 Fevral 2010, 17:36

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.

 

Şuranın ofisində keçən görüş yeni yaranmış Fondun işinin təşkili, layihə maliyyələşdirilməsi baxımından təcrübə mübadiləsi xarakteri daşıyıb. Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu gün həm də Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (ACİ YF) icraçı direktoru Fərda Əsədovla görüşüb.

Şuranın ofisində keçən görüşdə tərəflər ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı 2009-cu ildə həyata keçirdikləri birgə layihə müsabiqəsi və digər tədbirlərin əhəmiyyətini qeyd edərək,  2010-cu ildə də müştərək fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayıblar.

Görüşdə QHT-lərlə bağlı qanun yaradıcılığı və birgə layihələrin dəstəklənməsinə əlavə maliyyə mənbələrinin cəlb edilməsi məsələləri müzakirə edilib.

İki qurum arasında əməkdaşlığın reallaşdırılması üzrə işçi qrupların rəhbərlərinə tapşırılıb ki, gələcək birgə fəaliyyətlə bağlı təkliflər hazırlayıb müzakirəyə təqdim etsinlər.

  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir