Modern.az

“Bəzi insanlar elə bilir ki, dəniz havası xeyirlidi” - Həkimdən Xəzərlə bağlı ŞOK AÇIQLAMA

“Bəzi insanlar elə bilir ki, dəniz havası xeyirlidi” - Həkimdən Xəzərlə bağlı ŞOK AÇIQLAMA

12 Sentyabr 2021, 13:11

“Bəzi insanlar hələ də elə bilirlər ki, Bakı bulvarında dəniz havası udmaq xeyirlidir”.

 

Modern.az-ın məlumatına görə, bunu tanınmış anestezioloq-reanimatoloq həkim Şahin Məmmədov tez-tez bulvara dəniz havası udmağa gedən şəxslər barəsində danışarkən bildirib.
 

Onun sözlərinə görə, bəzilərinin yod qoxusu hesab etdiyi dənizdən gələn iy əslində hidrogen-sulfid qazıdır:

“Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burnu sulandırır, yuxululuq gətirir və s.

 

Hidrogen-sulfid qazı dənizde yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yeməsindən sonra buraxdığı qazlardır.

Məişətdə bu qazın iyi kanalizasiyalardan da gəlir, eyni qazdır”.

Həkim bildirib ki, dəniz havasında yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir:

“Dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha bol oksigenli yerlərdə -yaşıllıq olan ərazidə gəzmək məqsədəuyğundur, nəinki dəniz sahilində”.

Ş.Məmmədovun sözlərinə görə, dəniz sahili sakitlik baxımından bəzi insanalara rahatlıq verə bilər, amma…

“Amma dəniz havasının nəmişliyi və hidrogen-sulfid qoxusu xeyirli deyil, əksinə, zərərlidir, üstəlik də bir sıra ağciyər xəstəliklərini - ən çox da bronxial astmanı, allergik riniti, allergik bronxiti kəskinləşdirə bilər”.


Həkim onu da əlavə edib ki, sahil ərazilərində - dəniz qoxusu hiss ediləcək qədər yaxınlıqda yaşayan insanlar bu qazın uzunmüddətli təsirinə məruz qalırlar.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...