Modern.az

Samuxda körpə bacı-qardaş naməlum səbəbdən öldü

Samuxda körpə bacı-qardaş naməlum səbəbdən öldü

12 Sentyabr 2021, 14:46

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum səbəbdən ölüb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb.

 

Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb.

 

Vəziyyətləri ağırlaşan körpələr yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. Bir qədər sonra N.Quliyev da xəstəxanada dünyasını dəyişib.

 

Onların ölüm səbəbi məlum deyil.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir