Modern.az

Koronavirusla bağlı son vəziyyət: Daha 38 nəfər öldü

 Koronavirusla bağlı son vəziyyət: Daha 38 nəfər öldü

12 Sentyabr 2021, 15:32

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2676 yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 460 min 92 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 min 404 nəfər müalicə olunaraq sağalıb, 6103 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 min 858 nəfərdir.

 

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 536, bu günə qədər isə ümumilikdə 4 milyon 652 min 996 test icra olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır