Modern.az

Millət vəkili səfirlərlə görüşüb

Millət vəkili səfirlərlə görüşüb

6 Noyabr 2012, 16:12

 “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Cənubi Koreya və Qazaxıstan səfirləri ilə görüşüb.

Cənubi Koreya səfiri ilə görüşdə adıçəkilən ölkənin ittifaqa üzvlüyü haqda müzakirələr aparılıb. Qazaxıstan səfiri ilə görüşdə isə noyabrın 29-30-u tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının keçirilməsi və Qazaxıstanın bunda iştirakı barədə məsələlər müzakirə olunub.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir