Modern.az

Vətən müharibəsi iştirakçısı yol qəzasında həlak oldu - FOTO

Vətən müharibəsi iştirakçısı yol qəzasında həlak oldu - FOTO

12 Sentyabr 2021, 21:52

Bu gün Sabirabadda baş verən ağır yol qəzasında həlak olan şəxsin Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Elşən Ağayev olduğu müəyyənləşib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndində qeydə alınıb.

 

“Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha nəfər - 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.

 

Qeyd edək ki, Elşən Ağayev Vətən müharibəsi iştirakçısı idi.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır