Arxiv
13 Sentyabr 2021, 09:52 | PARLAMENT
“COVID pasportu olanlar da yoluxdura bilər” - Deputat yoxlamaları mənasız sayır

“Böyük Britaniya izdihamlı yerlərin girişində COVID pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib. Səhiyyə naziri Sacid Cavid bunu belə izah edib: "Nəyisə sadəcə etmək xatirinə etmək lazım deyil". Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Arpadarai COVID pasportu ilə bağlı yoxlamalar barədə fikirlərini bölüşərkən deyib.

Deputatın sözlərinə görə, 2020-ci ilin əvvəlində dünyada tətbiq olunmağa başlayan karantin tədbirlərinin aydın bir məqsədi vardı - səhiyyə sisteminə olan təzyiqi azaltmaq və onun çökmə təhlükəsinin qarşısını almaq.

“Həmin aylar ərzində müvafiq işlər görülməli, xəstəxanalar və kadrlar hazırlanmalı, müalicə protokolları təkmilləşdirilməli, dərman təchizatı sistemi qurulmalı idi, qısa söyləsək, səhiyyə və bütün digər sahələr yeni şəraitə uyğunlaşmalı idi.

Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymamaq, COVID virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar.

Azərbaycanda da pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir! Amma indiki mərhələdə bir sual yaranır:

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv