Modern.az

Bakcell və Qualcomm Incorporated şirkətləri BakuTel 2012-yə birgə qatılıblar

Bakcell və Qualcomm Incorporated şirkətləri BakuTel 2012-yə birgə qatılıblar

6 Noyabr 2012, 17:45

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin Bakutel stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayişi üçün mühüm tədbirlər görülüb. Bakutel 2012 sərgisində Bakcel şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, Bakcell - Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, Artırılmış Reallıq proqramları və müxtəlif oyunları nümayiş etdirməkdədir.

Bakutel zamanı Artırılmış Reallıq (AR) tətbiqetmələrini təqdim edib, mobil sənayesinin ən yeni qlobal texnologiya tendensiyalarını təşviq etmək məqsədilə sərgi çərçivəsində Bakcell şirkəti 3G və yeni-nəsil mobil texnologiyalar sektorunda dünya lideri olan Qualcomm Incorporated şirkəti ilə strateji tərəfdaşlıq qurub. Artırılmış Reallıq – elemetləri səs, video, qrafika və ya GPS data formatında kompüter sensor daxiletmələri ilə tamamlanmış fiziki ətraf mühitin canlı, birbaşa və ya dolayı görünüşüdür. Nəticədə, bu texnologiya sayəsində müştərinin indiki reallıq qavrayışı daha da zənginləşir. Ətraf mühit və onun elementləri haqda süni məlumat real mühit üzərinə qoyula bilər. Artırılmış Reallıq ətrafınızda olan dünya ilə qarşılıqlı əlaqədə olan zaman misilsiz mobil təcrübə imkanını yaradır. Bakutel “Bakcell şirkəti ilk gündən BakuTel sərgisinin daimi iştirakçısıdır. Bakcell şirkətinin Bakutel sərgisindəbu ilki iştirakının əsas mövzusu bu unikal tərəfdaşlıqdır. Biz olduqca məmnunuq ki, Bakutel 2012 çərçivəsində Qualcomm ilə tərəfdaşlıq qurmuşuq. Biz əminik ki, bu sərgi şirkətlərə yeni biznesi inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaqdır. Bakutel sərgisi - telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərilə birbaşa ünsiyyat yaratmaq üçün misilsiz imkan yaradır. Bakutel sayəsində əməkdaşlıq üçün yeni imkanlar və sahələr meydana çıxarılacaq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib.  Bundan əlavə, sərgi zamanı Bakcell şirkəti ən son texnologiyalar üzərində qurulmuş bir çox rəqəmsal oyun və qonaqlara müxtəlif maraqlı yarışlarda iştirak etmək imkanını verən oyun stansiyaları nümayiş etdirəcək.  Həmçinin, bütün ziyarətçilərə real futbol təcrübəsini yaşadacaq futbol zonası fəaliyyət göstərəcəkdir.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir