Modern.az

Prokurorluq saxta xəbər anlayışı barədə maarifləndirici məlumat yaydı

Prokurorluq saxta xəbər anlayışı barədə maarifləndirici məlumat yaydı

13 Sentyabr 2021, 11:07

Məlumat verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

 

Modern.az xəbər verir ki, tədbirlərin davamı kimi, mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran müxtəlif məsələlərlə bağlı maarifləndirici foto və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

 

Hazırda təqdim olunan izahedici fotoda “Fake news”, yəni, saxta (yalan) xəbərin anlayışı və komponentləri barədə vətəndaşlara izah verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir