Modern.az

İcra başçısının polis oğlu işdən ÇIXARILDI

İcra başçısının polis oğlu işdən ÇIXARILDI

Aktual

13 Sentyabr 2021, 11:30

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

 

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.

 

Qeyd edək ki, Ş.Hüseynov ötən il xüsusi karantin rejiminin pozulması ilə bağlı Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı vətəndaşlarla kobud davranışı ilə gündəmə gəlmişdi. Şəhriyar Hüseynov Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş.Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı