Modern.az

TƏBİB-də daha bir İSTEFA

TƏBİB-də daha bir İSTEFA

13 Sentyabr 2021, 12:32

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət edib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?