Modern.az

Küçədə oynayan uşaqlar aralarında 6 addımlıq məsafə saxlamalıdır

Küçədə oynayan uşaqlar aralarında 6 addımlıq məsafə saxlamalıdır

Aktual

13 Sentyabr 2021, 13:27

“COVID-19-un yayılmasının qarşısının alınmasının əsas yolu mümkün olduğu qədər təmasları məhdudlaşdırmaqdır. Məktəblər bağlı olduğu təqdirdə fərqli evlərdə yaşayan uşaqlar oyun günləri keçirməməlidir”.

 

Modern.az xəbər verir ki, bu barədə E-Tabib-in yaydığı məlumatda bildirilib.

 

Qeyd edilib ki, əgər uşaqlar öz evlərinin həyətində oynayırlarsa, onlarla eyni evdə yaşamayan hər bir insanla 6 addımlıq məsafənin saxlanılmasına əməl etməlidir:

 

“Əgər kiçik görüşlər keçirmək istəyirsinizsə, həm öz aranızda, həm də digərləri ilə müvafiq məsafənin saxlanılmasına əməl edən (sosial məsafə) digər ailə üzvü və ya dostunuzla görüşməyə üstünlük verin. Uşaqlarınızın əllərini tez-tez sabun və su ilə yuyulması kimi gündəlik profilaktik tədbirləri həyata keçirdiklərindən əmin olun. Unutmayın ki, uşaqlar məktəbdən kənar daha böyük qruplar şəklində görüşsələr, hər kəsi təhlükə altına ala bilərlər.

 

Uşaqlarda COVID-19 haqqında məlumatlar bir qədər məhduddur, lakin mövcud məlumatlar həmin virusun mövcud olduğu uşaqlarda əsasən yüngül simptomların ola biləcəyini göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, Avropanın bəzi ölkələrindən gələn rəsmi məlumatlarda müxtəlif yaşlı uşaqların COVID-19 xəstəliyindən vəfat etdiyi bildirilir”.

 

“Bu virusun uşaqlarda az hallarda böyük təhlükə yaratdığına dair məlumatlar olsa da, onlar virusu daha böyük risk altında olanlara, o cümlədən yaşlılara, ahıllara və yanaşı xronik xəstəliyi olan insanlara keçirə bilər”, - deyə rəsmi məlumatda vurğulanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir