Modern.az

Gömrük Komitəsi Gorus - Qafan yolunda İran maşınlarından rüsum alındığını TƏSDİQLƏDİ

Gömrük Komitəsi Gorus - Qafan yolunda İran maşınlarından rüsum alındığını TƏSDİQLƏDİ

Qarabağ

13 Sentyabr 2021, 14:53

Ötən gün sosial şəbəkələrdə Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolunda İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzin şəkilləri yayılıb. Qəbzin üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var. Şəkil Ermənistan mətbuatında da tirajlanıb və bu ölkədə isterikaya səbəb olub.


Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və ərazini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

 

Qeyd edilib ki, bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir:

 

“Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.

 
Xatırladaq ki, Azərbaycan bir neçə gündür Gorus-Qafan yolunun ölkəmizin suveren ərazisindən keçən hissəsində post qurulub. Həmin postda İran nömrəli maşınlar Azərbaycan hərbçiləri və polisləri tərəfindən ciddi şəkildə yoxlanılır.

Bu, İranın Qarabağa qanunsuz yük daşımasına adekvat cavabdır. Rəsmi Bakı məsələni diplomatik kanallarla dəfələrlə Tehranın diqqətinə çatdırsa da, dəyişikliyin olmaması praktiki addımları aktuallaşdırdı: Gorus-Qafan yolunda aparılan yoxlamalarla rıçaqlar işə salındı.
Məlumatlara görə, yoxlamalar olduqca ciddidir: yüklər nədən ibarətdir, hansı şirkətə məxsusdur, hansı müştəriyə çatdırılır və s.
Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə olunan İran maşınlarından tranzit haqqı da alınır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi