Modern.az

Yanukoviç prezident kimi ill səfər edəcəyi ölkələrdən danışdı

Yanukoviç prezident kimi ill səfər edəcəyi ölkələrdən danışdı

15 Fevral 2010, 19:35

Ukrayna prezident seçkilərinin qalibi Viktor Yanukoviç dövlət başçısı  kimi ilk olaraq qonşu ölkələrə səfər edəcəyini bəyan edib. Modern.az xəbər verir ki, Yanukoviç bu barədə BBC-yə verdiyi müsahibədə bildirib.  “Bizim strateji tərəfdaşlarımız Avropa Birliyi, Rusiya və ABŞ-dır.  Çox yəqin ki, ilk səfər qonşulara olacaq”,-deyə Yanukoviç bildirib. O, vacib məsələlərin həll olunması zərurətindən çıxış edəcəyini deyib. “Elə ki, bu proseslər və inaqurasiya başa çatacaq, mən tərəfdaşlarımızla həll olunması vacib olan bir və ya iki məsələni ayırd edəcəm. Mən Ukraynanın milli maraqları mövqeyindən çıxış edərək praqmatik yolla gedəcəm, yəni praktiki məqsədyönlüyü əsas götürəcəm.  Hansı ölkəyə səfər etməyim bundan asılı olacaq. Mən bu barədə inaqurasiyadan sonra bildirəcəm”,-deyə Yanukoviç bildirib.     

 

Qeyd edək ki, Yanukoviçi ilk ölaraq Rusiya prezidenti Dmitri Medevedev ölkəsinə səfərə dəvət edib. Əgər Yanukoviç dediyi kimi praqmatik məqsədyönlüyə əsasən xarici səfər barədə seçimini edərsə, onda onun ilk olaraq Rusiya paytaxtına səfər edəcəyini söyləmək olar.

Bunun üçün Yuşşenko hakmiyyəti dövründən qalma kifayət qədər problemlər mövcuddur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir