Modern.az

Zəfər Günü xaricdə necə qeyd olunacaq? - İsveçdə hazırlıqlara başlanıldı

Zəfər Günü xaricdə necə qeyd olunacaq? - İsveçdə hazırlıqlara başlanıldı

Diaspor

13 Sentyabr 2021, 16:12

Bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək.

 

Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki aydan az vaxt qalıb. Qarabağ Zəfərinin möhtəşəm tədbirlərlə qeyd ediləcəyi gözlənilir.

 

Bəs Zəfər Günü ölkə xaricində necə qeyd olunacaq? Diaspor nümayəndələrimiz 8 noyabra necə hazırlaşır?

 

İsveç Sosial-Demokratlar Partiyasının fəalı, Soderberq Jonkopinq region parlamentinin deputatı İradə Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, hazırlıqlar tam sürətlə davam etdirilir.

 

 

“Biz hazırlıqlara başlamışıq. İsveçin bir neçə şəhərində ilk həftədə müxtəlif sərgilər təşkil edəcəyik. Bununla birlikdə toplantılar da planlayırıq. Müxtəlif ölkənin vətəndaşlarına zəfər yolumuz haqqında məlumat vermək üçün bir neçə tədbir hazırlayırıq. Buna mədəni tədbirlər də daxildir. Torpaqlarımızın işğalı, müharibənin başlanması, Azərbaycanın şanlı qələbə qazanmasını əks etdirək plakatlar hazırlayırıq. Əsas burada həmvətənlərimizin üzərinə çox böyük iş düşür, hamı aktiv şəkildə iştirak edəcək. Həmçinin digər millətin nümayəndələrini də tədbirlərə dəvət edəcəyik. Çalışacağıq ki, Zəfər Gününü möhtəşəm tədbirlərlə qeyd edək”, - deyə İradə Əliyeva vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü