Modern.az

Brifinqdən sonra kirayə evlər kəskin bahalaşıb -  QİYMƏTLƏR

Brifinqdən sonra kirayə evlər kəskin bahalaşıb -  QİYMƏTLƏR

İqtisadiyyat

13 Sentyabr 2021, 16:25

“Yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən sonuncu brifinqdən sonra kirayə mənzil bazarında əhəmiyyətli canlanma müşahidə olunur”.

 

Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

 

N.İbrahimovun sözlərinə görə, təklif edilən kirayə evlərin qiyməti olduqca yüksəkdir:

 

“Bu günə olan məlumata görə, Bakı üzrə 1 otaqlı evlərin orta qiyməti 380 manat, 2 otaqlı evlərin orta qiyməti 449 manat, 3 otaqlı evlərin orta qiyməti  542 manat, 4 otaqlı evlərin orta qiyməti 769 manat, 5 otaqlı evlərin orta qiyməti 1156 manatdır. Ümumilikdə kirayə mənzil bazarında müşahidə edilən aktivlik qiymətlərə də öz təsirini göstərəcək. Necə təsir göstərəcəyini isə növbəti ayın əvvəli biləcəyik”.

 

 

Ekspert deyib ki, ay ərzində ümumilikdə mənzillərin kirayəsində 0.36 %, il ərzində 3.47 % artım olub. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 0.66 %, il ərzində isə 7.69 %-lik azalma müşahidə olunub.

 

N.İbrahimov həmçinin, hazırda Azərbaycanda satışda olan bahalı evlərin qiymətini də açıqlayıb:

 

“Ən bahalı evlərin 1 kvadratmetri 2951 manat, orta bahalıqda olan evlərin 1 kvadratmetri 1910 manat, ucuz evlərin 1 kvadratmetri isə 1321 manatdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır