Arxiv
13 Sentyabr 2021, 16:44 | PARLAMENT
Xüsusi təyinatlılarla bağlı memorandum 1 il qüvvədə olacaq

“Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumu 1 il müddətində etibarlı olacaq.

 

Modern.az xəbər verir ki, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində qeyd olunub.

 

Layihəyə əsasən, tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv