Modern.az

Bu il 850 məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

Bu il 850 məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

13 Sentyabr 2021, 16:59

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək”.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

Nazir qeyd edib ki, layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək:

 

“776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?