Modern.az

Burkina Fasoda həbçilərə hücum: 6 ölü, 8 yaralı

Burkina Fasoda həbçilərə hücum: 6 ölü, 8 yaralı

Dünya

14 Sentyabr 2021, 00:44

Naməlum silahlı şəxslər Burkina Fasonun şərqində “Endeavor Mining” şirkətinə məxsus qızıl mədənindən qayıdan maşın karvanına hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” yeri mənbələrə istinadən yazıb.

 

Hücum zamanı karvanı qoruyan 6 hərbçi həlak olub, 8 nəfər yaralanıb.

 

Qeyd edək ki, hücumun baş verdiyi bölgədə İŞİD və “əl-Qaidə” ilə əlaqələri olan silahlılar var. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü