Modern.az

Daşınmaz əmlak bazarında son vəziyyət: Nələr bahalaşıb? 

Daşınmaz əmlak bazarında son vəziyyət: Nələr bahalaşıb? 

İqtisadiyyat

14 Sentyabr 2021, 09:06

“Avqust ayı ərzində daşınmaz əmlak bazarında qiymətlərdə dəyişiklik olmayıb. Amma ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə 8.42%-lik qiymət artımı qeydə alınıb”.


Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov avqust ayında daşınmaz əmlak bazarında müşahidə edilən vəziyyətlə bağlı danışarkən deyib.

 

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 2.95, il ərzində isə1.73% azalma müşahidə olunub:

 

“İlkin mənzil bazarında ay ərzində 1.93%, il ərzində 12.18% artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 6.76% artım, il ərzində 5.39% artım qeydə alınıb.

 

Kommersiya obyektləri bazarında ay ərzində 0.15%-lik artım, il ərzində 11.57% artım müşahidə edilib. Torpaq bazarında isə ay ərzində 3.78% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə əksinə, 2.87%-lik azalma qeydə alınıb”.

 

 

Ekspert onu da deyib ki, mənzillərin kirayəsinə gəlincə, ay ərzində 0.36%, il ərzində 3.47% artım olub. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 0.66%, il ərzində isə 7.69%-lik azalma var.

 

Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 0.17% artım, il ərzində 14.02% artım qeydə alınıb. Tikinti malları bazarına gəlincə, ay ərzində 0.73% artım, il ərzində isə 12.53 % artım müşahidə edilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir