Modern.az

Qafanda hərbçilər arasında QARŞIDURMA: 1 ölü, 1 yaralı - YENİLƏNİB  

Qafanda hərbçilər arasında QARŞIDURMA: 1 ölü, 1 yaralı - YENİLƏNİB  

Qərbi Azərbaycan

14 Sentyabr 2021, 10:33

Ermənistanın Qafan şəhəri yaxınlığında döyüş postlarından birində atışma olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, atışma hərbi toplantıya cəlb edilən ehtiyatda olan hərbçilər arasında baş verib.

Nəticədə, 43 yaşlı çavuş Mkrtıç Ovakimyan həlak olub, 36 yaşlı Qafan sakini isə yaralanıb. Faktla bağlı açılan cinayət işi çərçivəsində şübhəli şəxs saxlanılıb.

 

XXX

Ermənistan ordusu qeyri-döyüş şəraitində itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Bildirilir ki, Ermənistanın cənub-şərqində, Zəngəzur istiqamətində ötən axşam 1978-ci il təvəllüdlü ehtiyatda olan çavuş Mkrtıç Serejaeviç Ovakimyan ölüb.

 

Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü deyilir. İlkin ehtimallara görə, Ovakimyan intihar edib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır