Modern.az

Almaniyaya sığınmış azərbaycanlı jurnalist: “Bizi deport edirlər”

Almaniyaya sığınmış azərbaycanlı jurnalist: “Bizi deport edirlər”

Hadisə

14 Sentyabr 2021, 10:17

Bir neçə il öncə Azərbaycandan Almaniyaya mühacirət etmiş jurnalist, “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı Röya Rəfiyeva ötən gecə sosial şəbəkədə deportasiya təhlükəsilə üzləşdiyini yazıb.

“Evimizə deport üçün gəliblər” deyə yazan jurnalist bildirib ki, səbəb kimi Almaniyada onlara yaşayış izninin verilməməsi göstərilib.

“Əlimdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi var, baxmırlar ona. Kiçik uşağımın atası Əfqanıstan vətəndaşıdır, qanunla uşaq heç bir ölkəyə deport oluna bilməz. Həmçinin uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”,-R.Rəfiyeva bildirib.


R.Rəfiyeva təxminən 6 il öncə 2005 və 2020-cu il təvəllüdlü oğlanları ilə birgə Azərbaycandan Almaniyaya mühacirət edib. O, mühacirətdə ikinci dəfə ailə qurub və bir qız övladı dünyaya gəlib.

Qeyd edək ki, ötən gün axşam saatlarında 20-ə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətirilib.

Azərbaycan vətəndaşlarının bu gün Azərbaycana göndəriləcəyi gözlənilir.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü