Modern.az

Cəlilabadın yeni icra başçısı kimdir? - DOSYE

Cəlilabadın yeni icra başçısı kimdir? - DOSYE

14 Sentyabr 2021, 13:42

Prezident İlham Əliyevin sərəncamı ilə Rafiq Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

 

Prezidentin digər sərəncamı ilə Rafiq Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Modern.az saytı Cəlilabadın yeni icra başçısının tərcümeyi-halını təqdim edir:

 

Cəlilov Rafiq Əsgər oğlu 1963-cü il 13 yanvar tarixində anadan olub.

 

1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

 

Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Prezidentin 14 fevral 2006-cı il tarixli sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.

 

10 iyul 2009-cu il tarixli sərəncamla Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.

 

Prezidentin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

 

Ailəlidir, 3 övladı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir