Modern.az

ABŞ Çinə qarşı koalisiya YARADIR

ABŞ Çinə qarşı koalisiya YARADIR

14 Sentyabr 2021, 14:34

ABŞ-la Çin arasında geosiyasi mübarizə yeni mərhələyə qədəm qoyur.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sentybarın 24-də QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) təşkilatının görüşü baş tutacaq.

 

ABŞ-da keçiriləcək görüşdə təşkilata üzv 4 ölkənin liderləri – ABŞ Prezidenti Co Bayden, Hindistan baş naziri Narendru Modi, Avstraliya baş naziri Skot Morrison və Yaponiya baş naziri Yoşihide Suqa iştirak edəcək.

 

QUAD Hindistan-Sakit Okean regionunda sabitliyin təminatı məqsədi ilə yaradıldığını elan netsə də, ekspert dairələri birliyin Çinin artan ambisiyalarını önləmək üçün yaradıldığını düşünür. Çinin Tayvan adasını hərbi yolla olsa belə özünə tabe etmək planı QUAD-ın yaradıılmasında əsas katalizator rolunu oynayıb. Co Bayden administrasiyası eyni zamanda, Çinin hərbi çevriliş baş verən Myanmada öz təsirini artırmasını, Şimali Koreyaya ballistik raket texnologiyaları ötürməsi, Mərkəzi Asiyada iqtisadi rıçaqları ələ almasından narahatdır.

 

Çinin ambisiyalarından narahat olan Avstraliya, Hindistan və Yaponiya da Vaşinqtonun Pekinə qarşı tutduğu kursa dəstək verir. Hindistanla Yaponiyanın Çinlə ərazi mübahisələrinin olması da QUAD-ın yaradılmasını aktual edən səbəblər sırasındadır.

 

Maraqlıdır ki, Hindistan baş naziri Modi QUAD-a alternativ kimi yaradılan və Çinin də üzv olduğu Şanxay Əəmkdaşlıq Təşkilatının iclasına qatılmaqdan imtina edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir