Modern.az

Ermənistan parlamenti Gorus-Qafan yoluna görə toplaşır

Ermənistan parlamenti Gorus-Qafan yoluna görə toplaşır

Dünya

14 Sentyabr 2021, 15:28

Ermənistan parlamentində Gorus-Qafan yolu ilə bağlı müzakirələr keçiriləcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan açıqlama verib.

 

“Biz parlamentdə dinləmələrin keçirilməsi ilə bağlı razılıq əldə etmişik. İclasa dövlətin birinci şəxslərinin qatılmasını tələb etmişik. İclas qısa zamanda – bu gün, yaxud sabah keçirilməlidir”, - deyə Minasyan qeyd edib.

 

Onun sözlərinə görə, iclasın toplanmasına əngəl olsa, Gorus-Qafan yolu ən azından komissiyaların iclasında müzakirə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?