Modern.az

Azərbaycan xalçaları Moskvada sərgiləndi – İLK DƏFƏ

Azərbaycan xalçaları Moskvada sərgiləndi – İLK DƏFƏ

Aktual

14 Sentyabr 2021, 16:40

Azərbaycan xalçaları Moskva şəhərində keçirilən “Heimtextil Russia 2021” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

 

“Azərxalça” ASC-dən Modern.az-a verilən məlumata görə, Moskvada ilk dəfə nümayiş edilən xalçalarımızın hər biri qədim sənət nümunəsi olmaqla bərabər milli irsimizi əks etdirib.

 

2021-ci ilin sentyabr ayının 14-16-da davam edəcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər qatılıblar. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunub. 

 

Sərgidə ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı “Azərxalça” nın son zamanlarda yerli və dünya bazarına çıxardığı yeni üslublu, modern xalçaları da nümayiş olunub. Tələbatı nəzərə alaraq, Qarabağ xalçaları daha üstünlük təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü