Modern.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparıldı

14 Sentyabr 2021, 17:08

Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aparılan yoxlamalar başa çatıb.

 

Bunu Modern.az-a açıqlamasında Hesablama Platasının mətbuat katibi Nailə Qazıyeva bildirib.

 

N.Qazıyevanın sözlərinə görə, audit 2019-2020-ci illəri əhatə edib:

 

“Palata xüsusi olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlama aparmayıb. Çünki TƏBİB Agentliyin tərkibində qurumdur”.

 

Palata rəsmisi deyib ki, hələlik audit nəticələri kollegiya iclasında müzakirə edilməyib:

 

“Bu səbəbdən də nəticələr barədə ictimaiyyətə məlumat verilmir. Kollegiya iclasında müzakirə aparıldıqdan sonra ictimaiyyətə açıqlama veriləcək və prosedura uyğun olaraq Milli Məclisə təqdim olunacaq”.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı