Modern.az

Yaqub Zurufçu vəfat etdi

Yaqub Zurufçu vəfat etdi

Allah rəhmət eləsi̇n

14 Sentyabr 2021, 18:46

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

 

Bu barədə Modern.az-a "Yeni Klinika”dan məlumat verilib.

 

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, müğənni dünyasını dəyişib.

 

Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı ilə həm Azərbaycan və həm İranda dillər əzbəri olmuşdu. 11 yaşında xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa etmişdi. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.

 

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilə başlayıb. Eyni zamanda Tehranın operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni musiqi təhsilinə Hamburq şəhərində davam edib və vokal sənəti üzrə diplom alan müğənni daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomu alıb.

 

Bu illərdə də ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı. Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gəlib, Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətlənib. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirib və televiziyada yayınlanıb. Ayrılıq mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevilibvə 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gəlib.

 

O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

 

Ailəlidir, 3 övladı var.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir