Modern.az

“Şahdəniz”dən Bolqarıstana qaz tədarükü artırıla bilər

“Şahdəniz”dən Bolqarıstana qaz tədarükü artırıla bilər

14 Sentyabr 2021, 20:40

“Şahdəniz” konsorsiumu Bolqarıstana qaz tədarükünün artırılması üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS nəşrinə müsahibəsində deyib.

 

O bildirib ki, Bolqarıstana, eləcə də regional bazarlara, Albaniya, Şimali Makedoniya, Rumıniya və Serbiyaya tədarük həcmlərinin artırılması müəyyən dərəcədə əlçatan nəqliyyat infrastrukturundan və bazar marağından asılı olacaq.

 

Onun sözlərinə görə, SOCAR öz fəaliyyətini mövcud portfelinin hüdudlarından kənarda genişləndirmək və və öz müştərilərinə bazar şərtlərinə uyğun olaraq çeviklik təqdim etmək niyyətindədir.

 

Qaz idxalı barədə danışarkən V.Bəylərbəyov bildirib ki, Azərbaycan qonşu ölkələrlə, o cümlədən Rusiyanın “Qazprom” şirkəti ilə mübadilə və ya tollinq əməliyyatlarında iştirak edir: “Bu kontekstdə biz qaz hasil edən qonşularımızla, eləcə də Rusiya ilə bu əməliyyatların tətbiqi və ya genişləndirilməsi üzərində işi davam etdiririk”.

 

Qeyd edək ki, Bolqarıstan və Azərbaycan hazırda növbəti mərhələdə qaz tədarükü ilə bağlı razılaşmalar üzrə danışıqlar aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır