Modern.az

Təcili yardım maşını qəzaya düşdü, tibb bacısı yaralandı

Təcili yardım maşını qəzaya düşdü, tibb bacısı yaralandı

14 Sentyabr 2021, 21:30

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq