Modern.az

“Mançester Yunayted”in ilk oyununda sensasiya 

“Mançester Yunayted”in ilk oyununda sensasiya 

14 Sentyabr 2021, 23:29

Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk iki oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, İspaniyada “Sevilya” komandası Avstriyanın “Zaltsburq” klubu ilə heç-heçə edib - 1:1.

 

İsveçrənin “Yanq Boyz” və İngiltərənin “Mançester Yunayted” komandası arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Belə ki, meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

 

Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, “qırmızı şeytanlar”ı azlıqda qoyub.

 

“Yanq Boyz” say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı