Ermənistan ordusunun ehtiyatda olan hərbi qulluqçusu Mkrtiç Hovakimyanın ölümü ilə bağlı açılan cinayət işi çərçivəsində onun xidmət yoldaşı saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.
Adı açıqlanmayan erməni hərbi qulluqçu haqqında cinayət işi başlanıb və o, həbs edilib.
Xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi ölkənin cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində 1978-ci il təvəllüdlü ehtiyatda olan hərbi qulluqçu Mkrtiç Hovakimyanın ölümü və daha bir əsgərin yaralanması barədə məlumat yaymışdı.
Akif İsmayılov