Arxiv
15 Sentyabr 2021, 00:39 | DÜNYA
Araqçı işdən çıxarıldı, yerinə Xamneyinin qohumu gətirildi

İran Prezidenti 2015-ci ildə imzalanan nüvə razılaşması ilə bağlı danışıqlara rəhbərlik edən və nüvə danışıqlarında təcrübəli hesab edilən ölkənin xarici işlər nazirinin müavini Abbas Araqçını vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i yazıb.

 

Onun yerinə danışıqlarda daha sərt mövqe tutan diplomat Əli Bağeri Kani təyin edilib.

 

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini təyin olunan Bağeri, 2007-2013 -cü illərdə keçmiş prezident Mahmud Əhmədinejadın rəhbərliyi altında İran və Qərb arasında nüvə danışıqlarına rəhbərlik edirdi. O, Ayətullah Əli Xamneyinin qohumudur.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv