Arxiv
15 Sentyabr 2021, 07:24 | DÜNYA
Çin lideri Baydenin görüş təklifini rədd etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

 

Məlumata əsasən, Bayden keçən həftə liderlər arasında 90 dəqiqəlik telefon danışığı zamanı yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib. O vurğulayıb ki, Vaşinqtonun Pekinə münasibətdə daha az sərt ton seçməlidir.

 

Qeyd edilir ki, Si Cinpinin görüşdən imtina etməsi bəzi ABŞ rəsmilərinin Pekinin Vaşinqtonla çətin oyun oynamağa davam etdiyi qənaətinə gətirib çıxarıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv