Modern.az

Bir gündə yoluxma 512 mindən çox artdı

Bir gündə yoluxma 512 mindən çox artdı

Aktual

15 Sentyabr 2021, 09:10

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 512 mindən çox artıb.

 

Modern.az xəbər verir ki, ötən sutka ərzində 512 min 659 nəfər koronavirusa yoluxub, 8895 nəfər isə pandemiyanın qurbanı olub.

 

Bununla da virusa yoluxanların ümumi sayı 226 milyon 629 min 709, ölənlər isə 4 milyon 661 min 639 nəfərə çatıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (42,2 milyon), Hindistan (33,3 milyon), Braziliya (21 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,1 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,7 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır