Modern.az

Tezliklə Şuşaya böyük köç başlaya bilər...

Tezliklə Şuşaya böyük köç başlaya bilər...

Qarabağ

15 Sentyabr 2021, 09:27

Şuşa öz sakinlərini qarşılamağa hazırlaşır

 

Şuşa şəhərində mədəni tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Bu barədə Modern.az-a danışan Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov Şuşada Vaqif Poeziya Günlərindən sonra Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini xatırladıb.

 

Onun sözlərinə görə, Azərbaycanın Mədəniyyət paytaxtında bərpa və quruculuq işləri sürətlə aparılır:

 

“Şəhərin quruculuq və bərpa işləri davam etdirilir. Tarixi abidələrin bərpası, infrastruktur işləri sürətləndirilib. Sentyabrın 18-də Musiqi Günü münasibətilə orada böyük tədbirlər təşkil ediləcək. Bununla bağlı konkret tapşırıqların olacağını gözləyirik.

 

Şuşada “Xalça” muzeyi, Bülbülün ev muzeyi hazırlanıb. Üzeyir Hacıbəylinin ev muzeyində isə son tamamlanma işləri görülür. Yaxın günlərdə bu muzeydə işlər yekunlaşacaq”.

 

 

Z.Abbasov qeyd edib ki, ən qısa zamanda yerli sakinlərin mərhələli şəkil Şuşaya köçürüləcəyi gözlənilir:

 

“Artıq Şuşada xidmət edən hərbçilər, polislər orada öz ailələri ilə birlikdə yaşayırlar. Mənim evimdə də hərbçilər yaşayır, kənardan baxdım, onları narahat etməmək üçün gedib qapını döymədim. Orada çalışan şəxslərin ailələri ilə birlikdə məskunlaşması yaxşı haldır. Şuşada su, işıq, rabitə təminatı daimidir və artıq həyat canlanıb. Yaxın zamanda yerli əhalinin ora qaytarılması mümkün olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı