Modern.az

Azərbaycanda benzinin qiyməti qalxdı - RƏSMİ

Azərbaycanda benzinin qiyməti qalxdı - RƏSMİ

15 Sentyabr 2021, 09:37

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

 

Bu barədə Modern.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

 

Qurum rəsmisi qeyd edib ki, bahalaşma ölkədəki qiymət artımı ilə əlaqədardır: 

“Beləliklə, bu gündən “A-98” markalı benzinin satışı 1.90, “A-95” isə 1.60 manata həyata keçirilir”.

 

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər Azərbaycana xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1 manat 45 qəpik, “Aİ-98” super markalı benzinin qiyməti 1 manat 60 qəpik təşkil edirdi. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir