Modern.az

BMT-nin Baş katibi dünya ölkələrinə müraciət etdi

BMT-nin Baş katibi dünya ölkələrinə müraciət etdi

Aktual

15 Sentyabr 2021, 11:08

“Dünya COVID-19 pandemiyası və onun dağıdıcı fəsadlarını aradan qaldırmağa çalışarkən, gələcək böhranlar qarşısında demokratik dayanıqlılığı gücləndirmək üçün son 18 ay ərzində üzləşdiyimiz çətinliklərdən dərs almalıyıq. Bu, istər ictimai səhiyyə, istərsə də ətraf mühit və yaxud maliyyə sahələrində baş verə biləcək fövqəladə vəziyyətlər zamanı yaxşı idarəetmə təcrübələrinin müəyyən edilməsi və hazırlanmadı deməkdir”.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Demokratiya Günü ilə bağlı müraciətində bildirib.

 

A.Quterreş qeyd edib ki, bu, böhran nəticəsində daha da qabarmış gender bərabərsizliyi, qeyri-kafi səhiyyə sistemi, habelə peyvəndlər, təhsil, internet və onlayn xidmətlərə qeyri-bərabər çıxış da daxil olmaqla bir çox qlobal ədalətsizliklərin aradan qaldırılması deməkdir:

 

“Ən çox məhrumiyyətə məruz qalanlar arasında yüksək insan tələfatı ilə yanaşı, hələ də mövcud olan tarixi bərabərsizliklərin özü də demokratiya üçün böyük təhdiddir.

 

Demokratiyanı gücləndirmək həm də ənənəvi olaraq xaric edilmiş insanlara və icmalara həqiqi səs vermək, həmçinin dinc etirazlar da daxil olmaqla, qərar qəbul etmə prosesində həqiqi iştirakın vacibliyini mənimsəmək deməkdir. Qadınların, dini və etnik azlıqların, yerli icmaların, əlillərin, hüquq müdafiəçilərinin və jurnalistlərin susdurulması sağlam cəmiyyətlərin yaradılmasında ən böyük maneədir. Vətəndaş məkanı olmadığı təqdirdə, nəinki demokratiyanın inkişafı, hətta mövcudluğu belə mümkünsüzdür”.

 

“Nəhayət, demokratiyanı qorumaq pandemiyanın fəsadları azaldıqca fövqəladə səlahiyyətlər və qanunların ləğv edilməsi deməkdir. Bəzi dövlətlər və təhlükəsizlik qurumları problemləri daha rahat həll etmək üçün fövqəladə səlahiyyətlərə bel bağlayırlar. Zamanla bu səlahiyyətlər hüquqi çərçivələrə sızaraq daimi ola bilər. Bununla da qanunun aliliyinə xələl gətirərək demokratiya üçün təməl rol oynayan əsas azadlıqları və insan hüquqlarını sarsıda bilər.

 

COVID-19 pandemiyasının alovlandığı dövrdə vurğuladığım kimi, hər bir böhran demokratiya üçün təhlükə yaradır. Çünki insanların, xüsusən də ən həssas əhali qruplarına aid olanların hüquqları bir çox hallarda qorunmur. Bu səbəbdən, böhran dövründə hüquqların qorunması İnsan Haqları üçün Fəaliyyətə Çağırışımın əsas elementidir”,- deyə Baş katib bildirib.

 

Builki Beynəlxalq Demokratiya Günündə, COVID-19 pandemiyasından sonrakı dövrə baxdığımız zaman, gəlin, insan hüquqları və qanunun aliliyinin demokratiyanın təməlini təşkil edən gələcəyə dair öhdəlik götürək. Gəlin, gələcək böhranların fırtınasına daha yaxşı yatırmaq üçün bərabərlik, iştirak və həmrəylik prinsiplərinin qorunmasına çalışaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər