Modern.az

Benzin bahalaşdı - Ekspert dövlət qurumlarına çağırış etdi: “Çox gecikmişik…”

Benzin bahalaşdı - Ekspert dövlət qurumlarına çağırış etdi: “Çox gecikmişik…”

15 Sentyabr 2021, 11:22

“Yüksək oktanlı (95 və 98 oktanlı) benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək. Fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyl edəcəklər, çünki belə avtomobillər yerli istehsal olaraq hələlik ucuz olan 92 oktanlı benzini rahat işlədir. Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil”.

Modern.az-ın məlumatına görə, bunu nəqliyyat məslələri üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq.

“Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.


Ə.Hüseynov deyib ki, benzinin qiymətinin artması bütövlükdə avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək.

“Bundan təkanvaerici amil kimi istifadə edilərək ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır. İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər.

Qeyd etdiklərimin hamısı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat (və ya mobillik) strategiyası (və ya konsepsiyası) əsasında həyata keçirilməlidir. Amma bizimkilərdə həmin strategiya varmı?

Tərpənmək lazımdır. Görüləcək işlər çoxdur. Çox gecikmişik…”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi