Modern.az

Ordumuzun rüsvay etdiyi erməni general KTMT-nın Baş katibi ola bilər

Ordumuzun rüsvay etdiyi erməni general KTMT-nın Baş katibi ola bilər

15 Sentyabr 2021, 12:04

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik sentyabrın 16-dan Ermənistana keçəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan hələ də bu postu tutacaq şəxs axtarır.

 

Çox böyük ehtimalla KTMT sədri postuna eks-müdafiə naziri Vaqarşak Arutunyan təyinat alacaq.

 

Xatırladaq ki, Vaqarşak Arutunyanın müdafiə naziri olduğu dövrdə Azərbaycan Ordusu bu il mayın 12-də Laçın rayonunun Qaragöl ərazisini və ətraf yüksəklikləri tam nəzarətə götürmüşdü. Buna görə Arutunyan erməni cəmiyyəti tərəfindən kəskin tənqid olunmuşdu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi